Lukaşenko qaçqın problemini həll edəcəyinə söz verib

Belarus ilin sonuna kimi Polşa ilə sərhəddə qaçqınlar problemini həll etməyə çalışacaq. SİA xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko RİA Novosti agentliyinə müsahibəsində bəyan edib.

"Mən Almaniya kansleri vəzifəsini icra edən Angela Merkelə dərhal dedim ki, yeni ilə qədər bu problemi həll etməyə çalışacağam, çünki buna ehtiyacımız yoxdur. İnsanlar gah Minskdə, gah da Qrodnoda ağızlarına gələni danışırlar", deyib Lukaşenko.

Lukaşenkonun sözlərinə görə, Belarus Yaxın Şərqdən “qanuni olaraq turist vizası ilə gələn qaçqınlardan geri qayıtmağı xahiş edəcək, çünki humanitar dəhliz olmayacaq.

Belarus prezidenti bildirib ki, artıq mindən çox qaçqın Belarusdan İraqa qayıdıb.

Xatırladaq ki, son həftələrdə bir neçə min miqrant Aİ ölkələrinə getmək ümidi ilə Belarus və Polşa sərhədində toplaşıb. Polşa hakimiyyəti miqrasiya böhranında Minski günahlandıraraq, sərhəd təhlükəsizliyini gücləndirib, ordunu cəlb edib və qeyri-qanuni mühacirlərin ölkəyə daxil olmaq cəhdlərinin qarşısını alıb. Bütün bu ittihamları Belarus Polşanın miqrantları öz ərazisinə zorla qovduğunu və qaçqınlarla bağlı vəziyyəti süni şəkildə gərginləşdirdiyini iddia edərək rədd edir.

Nəzərə çatdıraq ki, noyabrın əvvəlində Lukaşenko ilə Merkel arasında iki telefon danışığı olub. Əvvəlcə Belarus prezidenti miqrasiya böhranından çıxış yollarını təklif edib, Merkel isə bunu Aİ tərəfdaşları ilə müzakirə etmək üçün fasilə verib. İkinci söhbət zamanı Belarus tərəfinin bildirdiyinə görə, onlar miqrantlarla böhranın həlli istiqamətində görüləcək tədbirlər haqqında razılığa gəliblər. Xüsusilə, problemin bütövlükdə Belarus və Aİ səviyyəsinə çatdırılması, hər iki tərəfdən təyin olunacaq müvafiq rəsmilərin mövcud problemlərin həlli üçün dərhal danışıqlara getməsi ilə bağlı razılığa gəliblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...