İsveç NATO-ya daxil olmayacaq BAŞ NAZİR BƏYAN EDİB

İsveç Şimali Atlantika Alyansına qoşulmaq niyyətində deyil. SİA xəbər verir ki, bu barədə baş nazir Maqdalena Andersson yeni hökumətin siyasətini təqdim edərkən bəyan edib.

"Hərbi ittifaqlarda iştirak etməmək ölkəmizin yaxşılığına xidmət edir və Şimali Avropada sabitlik və təhlükəsizliyə töhfə verir. İsveç NATO-ya üzvlük üçün müraciət etməyəcək. Başqa bir Skandinaviya ölkəsi və ya Aİ üzvü təbii fəlakət və ya hücumdan əziyyət çəkərsə, İsveç passiv mövqe tutmayacaq və İsveçin bu işə qarışdığı təqdirdə bu ölkələrin də eyni şəkildə hərəkət etmələrini gözləyirik", deyə Andersson hökumətin saytında dərc olunan bəyanatda qeyd edir.

Baş nazir həmçinin bildirib ki, İsveç Finlandiya və Aİ daxilində digər şimal qonşuları, Amerika Birləşmiş Ştatları ilə və NATO ilə tərəfdaşlıq çərçivəsində müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...