ABŞ-da qapanmalar olacaq? - ABŞ PREZİDENTİ AÇIQLADI

ABŞ prezidenti Co Bayden koronavirusun yeni növü olan "Omicron" ştamının yayılmasının narahatlığa səbəb olduğunu, lakin hələlik heç bir qapanma olmayacağını qeyd edib. SİA xarici mətbuata istinadən bildirir ki, Bayden qapanmanın insanların peyvənd olunmasından və tibbi maska taxmasından asılı olduğunu qeyd edib.

Amerikada əhalinin yalnız 59 faizi tam peyvənd olunub. 70 faiz yalnız bir dəfə peyvənd olunub. Ölənlərin sayı 782 minə yaxınlaşıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə