Türkiyədə güclü zəlzələ olub

Türkiyənin İzmir əyalətinin Urla rayonu sahillərində Egey dənizində 5,1 bal gücündə zəlzələ olub. SİA xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Təbii Fəlakətlərə qarşı Mübarizə İdarəsi yayıb.

Yeraltı təkanlar noyabrın 30-da səhər saatlarında yerli vaxtla 07.00-da qeydə alınıb. Zəlzələnin episentri 3,97 km dərinlikdə yerləşib.

Saat 07.09-da isə eyni ərazidə 4,3 bal gücündə ikinci zəlzələ olub.

Yeraltı təkanlar İzmir və Manisa şəhərlərində də hiss edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə