Türkiyə Qırğızıstanda parlamentə keçirilən seçkilərin sülh və əmin-amanlıq şəraitində keçirilməsini yüksək qiymətləndirib.
SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən açıpqlama verilib. Qeyd edilib ki, “28 noyabr 2021-ci ildə Qırğızıstan Respublikasında parlamentə keçirilmiş seçkilərin sülh və əmin-amanlıq şəraitində uğurla başa çatmasını yüksək qiymətləndiririk. Türkiyə qardaş Qırğızıstanın sabitliyinə və firavanlığına üstünlük verir və parlament seçkilərinin Qırğızıstan üçün xeyrli olmasını diləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB