Qırğızıstan ölkəyə girişi sərtləşdirir

Qırğızıstan Nazirlər Kabineti dekabrın 1-dən ölkədə yeni ştamın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər planını qəbul edib.

SİA xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Yeni qaydalara görə, ölkəyə daxil olmaq üçün əcnəbi vətəndaşlar peyvənd olub-olmamasından asılı olmayaraq PCR testindən keçməli və mənfi nəticə verməlidirlər.

Nazirlik və idarələrə COVID-19-un yeni ştammı ilə bağlı respublikada epidemioloji vəziyyətin ağırlaşması ilə bağlı tam hazırlıq vəziyyətində olmaq tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə