BMT-nin Baş katibi sərhədləri bağlamamağa çağırıb

BMT-nin Baş katibi Antonio Quterreşin fikrincə, beynəlxalq səfərləri dayandırmaq əvəzinə koronavirusun yeni ştammlarına qarşı daha səmərəli yoxlama metodları tətbiq edilməlidir.

SIA-nın xəbərinə görə Baş katib iqtisadi əlaqələri dayandırmamağa çağırıb.

“Mən yoluxmanın qarşısını almaq üçün bütün ölkələri səyahət edənlərin təkrar test edilməsinə və digər zəruri tədbirlər görməyə çağırıram. Bu yolla gediş-gəlişi və qarşılıqlı iqtisadi fəaliyyəti təmin etmək mümkündür”, deyə Quterreş əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə