Keçmiş Baş nazirin 5 illik həbsi tələb edilir

Fransanın Baş Prokurorluğu ölkənin keçmiş Baş naziri Fransua Fiyonun 1 il həbs daxil olmaqla, 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

SİA xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Prokurorluq Fiyonun 375 min avro məbləğində cərimə edilməsində və 10 il müddətinə səsvermə hüququndan məhrum edilməsində də israrlıdır. Baş Prokurorluq onun həyat yoldaşı Penelopa üçün iki il şərti həbs cəzası, 100 min avro cərimə və 10 il səsvermə hüququnun itirilməsini tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə