Ersin Tatar Ərdoğana minnətdarlığını bildirib

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Prezident Ərdoğanın Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında etdiyi çıxışına münasibət bildirən Şimali Kipr Türk Respublikası prezidenti Ersin Tatar: “Cenevrədə ilk dəfə danışıqlar masasına qoyduğumuz suveren, bərabər, iki ayrı dövlətə əsaslanan həll yolu təklifimiz gündəmdə qalarkən, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci sammitində etdiyi çıxışında bütün dost və qardaş ölkələri ŞKTR-nın həll vizyonunu qiymətləndirməyə çağırması bizi daha da gücləndirib. Prezident Ərdoğan 22 sentyabr 2021-ci ildə BMT-nin 76-cı Baş Assambleyasının iclaslarında və 12 noyabr 2021-ci ildə Türk Şurası Dövlət Başçılarının 8-ci Zirvə toplantısında etdiyi çıxışları və çağırışlaerı ilə Kipr türk xalqının səsi oldu. Hər zaman və hər şəraitdə Kipr Türk xalqının və ŞKTR-nin yanında olan, dəstəyini əsigəməyən Prezident Ərdoğana öz adımdan və xalqım adından təşəkkür edirəm”. SİA bu barədə türk mətbuatına istinad edir.

Bütün xəbərlər Facebook səhifəmizdə