Google Lütfi Zadəyə həsr olunmuş "dudl" təqdim edib

Dünyanın aparıcı internet-axtarış saytı olan "Google" dahi azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadəyə (Lütfi Rəhim oğlu Ələsgərzadə) həsr olunmuş "dudl" təqdim edib.

SİA xəbər verir ki, "dudl"a klik edərək istifadəçilər görkəmli alim haqqında məlumatlar olan səhifələrə keçidləri görə bilərlər.

Qeyd edək ki, "Google"ın "dudl"ları müxtəlif hadisələr, bayramlar və yubileylər şərəfinə axtarış sisteminin əsas səhifəsində görünən şəkillər, animasiyalar və oyunlardır. "Dudl"llar qlobal (bütün dünyada, bütün "Google" domenlərində mövcud olanlar) və müəyyən yerli ( yalnız bir və ya bir neçə ölkədə görülə bilən) kateqoriyalarına bölünür.

Bütün xəbərlər Facebook səhifəmizdə