Konqoda silahlılar 22 nəfəri qətlə yetirib

Konqo Demokratik Respublikasında "CODECO" ("Konqonun İnkişafı üçün Kooperativ") qruplaşmasının üzvləri qaçqınlar üçün düşərgəyə hücum ediblər.

Trend xəbər verir ki, bu barədə beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli bölməsinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, İturi əyalətində baş verən silahlı hücum nəticəsində 22 nəfər qətlə yetirilib.

Hücumun səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə