Polis əməkdaşları atəşfəşanlıq zamanı yaralanıb

Fransanın Nitsa şəhərində küçədə aparılan videoçəkilişə mane olmaq istəyən polis əməkdaşları atəşfəşanlıq zamanı yaralanıb.

SİA xəbər verir ki, bu barədə şəhər merinin təhlükəsizlik üzrə birinci müavini Entoni Borre “Twitter” səhifəsində məlumat verib.

E.Borre bildirib ki, polislər çəkilşlərin aparıldığı Ariane ərazisinə çatdıqda atəşfəşanlıq səhnəsi lentə alınıb və bu zaman asayiş keşikçiləri xəsarət alıb: “Nitsa meri Kristian Estrozi və mən bu hərəkətləri pisləyir, xəsarət alan əməkdaşlara tam dəstəyimizi bildiririk”.

O, həmçinin vurğulayıb ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müdaxilə edən şəxslərin axtarılıb tapılmasına kömək edəcək qeydlər var.

Qeyd edək ki, “BFM” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, “reperlərin klip çəkilişi səhnəsini" dağıtmaq istəyən 3 polis əməkdaşı yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə