Yeddi ölkədən gələnlərə məhdudiyyət qoyub

Finlandiya Afrikanın cənubunda ortaya çıxan COVID-19 infeksiyasının Nu ştamına (Omicron) görə 7 ölkədən səyahətçilərin gəlişini məhdudlaşdırıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 28-dən Finlandiya son 14 gündə Botsvana, Esvatini, Cənubi Afrika, Lesoto, Mozambik, Namibiya və ya Zimbabvedə olmuş səyahətçilərin ölkəyə girişini məhdudlaşdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə