Bu gün Saakaşvilini mühakimə edəcəklər...

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bazar ertəsi məhkəmə prosesində iştirak etməyə qərar verdi.

SİA xəbər verir ki, bu sözləri “Empatiya” reabilitasiya mərkəzinin rəhbəri, həkim Mariam Cişkariani deyib.

O bildirib ki, Saakaşvilinin hələ uzun zaman xəstəxana şəraitində müalicə alması vacibdir.

Qeyd edək ki, 29 noyabr tarixində Tiflisdə müxalifətin 2007-ci il 7 noyabr mitinqinin qarşının alınması işi ilə əlaqədar məhkəmə prosesi baş tutacaq..

Bütün xəbərlər Facebook səhifəmizdə