Qırğızıstanda xüsusi xidmət orqanlarının hakimiyyəti zorakılıqla ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən üç deputatlığa namizədi saxlanılıb.

SİA xəbər verir ki, bu barədə Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov məlumat verib.

“Onların saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğundur, hazırda faktla bağlı araşdırma aparılır”, – İmankulov bildirib.

Təhlükəsizlik Şurasının katibi həmçinin vurğulayıb ki, namizədləri dağıdıcı hərəkətlərə təhrik edənlər də məsuliyyətə cəlb olunmalıdır. “Mən düşünmürəm ki, gənclər özləri bunu düşünüblər, yəqin onların arxasında təşkilatçı var, yəqin ki, kimsə bunu ideoloji cəhətdən silkələyib və indi vəzifə bu insanları müəyyən etmək, onları təmiz suya çəkməkdir”, – İmankulov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...