"Taliban" gələn ilə qızlar üçün məktəblər açacaq?

Əfqanıstanda hakimiyyətə gələn Taliban 2022-ci ildə qızlar üçün məktəblər açacağını vəd edir

SİA xəbər verir ki, bunu Əfaqnıstan baş nazirinin müavini Mövləvi Əbdül Kəbir Türkiyənin səfiri Cihad Arginlə görüşdə deyib.

Onun sözlərinə görə, qadınlar ölkədə pasport idarəsi, hava limanı və səhiyyə sektoru kimi müxtəlif sahələrdə, eləcə də əksər əyalətlərdəki məktəblərdə çalışırlar: "Əfqanıstanın Türkiyə başda olmaqla bütün ölkələrin dəstəyinə və əməkdaşlığına ehtiyacı var və biz Türkiyənin Əfqanıstana daha çox sərmayə qoymasını istəyirik".

Kəbir həmçinin Türkiyənin qeyri-hökumət təşkilatı olan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Əfqanıstandakı fəaliyyətini yüksək qiymətləndirib.

Öz növbəsində Türkiyə səfiri ölkəsinin “Qızıl Aypara” vasitəsilə əfqan qaçqın və məcburi köçkünlərə yardım etdiyini və yardımın hələ də davam etdiyini bildirib.

Bundan əlavə, səfir türk sərmayəçilərinin Əfqanıstana investisiya yatırmaqda maraqlı olduğunu və onların bir qisminin gələn həftə ölkəyə səfər edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...