Ermənistanda koronavirusdan ölənlərin sayı 7 500-ə yaxınlaşır

Ermənistanda daha 517 nəfərdə koronavirus aşkarlanıb. SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 337 522 nəfərə yüksəlib.

Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 26 nəfər ölüb. Bununla da ölənlərin sayı 7 485-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə