Qasırğa bir nəfərin ölümünə səbəb olub

Şimali İrlandiyada "Arven" qasırğası bir nəfərin ölümünə səbəb olub.

SİA-nın "BBC News"a istinadən verdiyi məlumata görə, qasırğa zamanı avtomobilin üstünə ağac aşıb və nəticədə avtomobildə olan bir nəfər həlak olub.

Qeyd edək ki, güclü külək, yağış və qarla müşaiyət edilən qasırğa ötən gündən Böyük Britaniyanın şimal rayonlarında müşahidə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə