Koronavirusun yeni ştammı nefti də ucuzlaşdırıb

WTI markalı xam neft fyuçerslərinin qiyməti Afrikada yeni növ koronavirusun aşkarlanması fonunda demək olar ki, 13 faiz ucuzlaşıb.

SİA xəbər verir ki, WTI neftinin yanvar fyuçerslərinin qiyməti 12,81 faiz (10,03 ABŞ dolları) aşağı düşərək, 1 bareli 68,29 dollar təşkil edib.

Mütəxəssislər qeyd edirlər ki, “qara qızıl”ın uculaşması yeni ştamma görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlıdır.

“Nordea Asset Management”in makro-strategiya departamentinin rəhbəri Sebastyan Qali “Wall Street Journal” qəzetinə bildirib ki, məhdudiyyətlər nəticəsində insanlar daha az səyahət edəcək və nəticədə enerji istehlakının azalacağı gözlənilir: “Düşünürdük ki, hər şey tamamlanmaq üzrədir və indi, bəlkə də, yeni vaksinlərə ehtiyacımız var”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...