Qubernatordan “Omikron”la bağlı açıqlama

ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Havkul koronavirusun Cənubi Afrikada yayılan yeni növ ştammı “Omikron”la bağlı “Twitter” səhifəsində açıqlama verib.

SİA TASS-a istinadən xəbər verir ki, qubernatorun sözlərinə görə, ştatda “Omikron”a yoluxma halı qeydə alınmayıb.

“Biz virus nümunələrinin monitorinqini davam etdirəcəyik. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəz, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı ilə bu istiqamətdə işi davam etdirəcəyik”, deyə Havkul vurğulayıb.

Qubernator hər kəsi tibbi maskadan istifadə etməyə, əlləri mütəmadi yumağa və davamlı olaraq koronavirus testi verməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB