Mərakeş-Fransa arasında uçuşlar dayandırılıb

Mərakeş-Fransa arasında uçuşlar dayandırılıb

Mərakeş yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən Fransa ilə uçuşların 28 noyabr gecə yarısından etibarən dayandırılacağını açıqlayıb. SİA bu barədə xarici mətbuata istinad edir.

Nazirliklərarası Koordinasiya Şurasının (hökumət) verdiyi açıqlamada Mərakeşin "Covid-19" epidemiyasına qarşı əldə etdiyi vəziyyəti qorumaq üçün "Covid-19" hadisələrinin artdığı Fransa ilə uçuşların dayandırılmasına qərar verildiyi bildirilib.

Daha əvvəl verdiyi açıqlamada bu gündən etibarən uçuşların dayandırılacağını açıqlayan idarə heyəti Mərakeş vətəndaşlarının və Mərakeşdə yaşayan əcnəbilərin geri qayıtmasını asanlaşdırmaq üçün bu tarixin irəli çəkildiyini qeyd edib.

İngiltərə isə Cənubi Afrika və Botsvanada müşahidə olunan və "B.1.1.529" olaraq adlandırılan yeni bir variant səbəbindən 6 Afrika ölkəsini “qırmızı siyahı”ya salıb.

Bu ölkələr Cənubi Afrika, Namibiya, Lesoto, Botsvana, Esvatini və Zimbabvedir.

Bütün xəbərlər Facebook səhifəmizdə