Makron dindarları təhqir etdiyinə görə cavab verməli olacaq - ŞƏRH
Emmanuel Makron Papa ilə görüşmək üçün yalvarmalı oldu. G20 dövlət və hökumət başçılarının son Roma görüşü zamanı Fransa diplomatiyası Papa Fransisklə görüşə nail olmaq üçün səfərbər edildi. Amma Makronun xahişi bir dövlət başçısının yox, sanki katolik kilsəsində çalışan adi qulluqçusu istəyi kimi bir tərəfə atıldı.
Görüşün Yelisey sarayında hazırlanan ssenari üzrə baş tutacağı ehtimalı isə azdır. Əgər baş tutarsa sualları yalnız Papa Fransisk verəcək, Makron isə onlara cavab verməli olacaq. Aydındır ki, kilsəni ziyarət edənlərin sayının getdikcə azaldığı, kilsələrinin yoxsulluq içində yaşadığı, kilsələrin yanğın və fəlakətlərə qarşı sığorta olunmadığı bir ölkənin rəhbərinin Papa ilə görüşdə çətin duruma düşməsi gözləniləndir.
İkinci amil, hələ də ibadət edənlərə, dini inanclılara qarşı nifrətin tüğyan etdiyi Fransanın rəhbəri kimi bütün bu çatışmazlıqların öhdəsindən gəlmək də asan deyil. Kilsədə qeyri-münasib davranışlara imkan yaradan Makronun peyğəmbərlərin karikaturaları, müxtəlif təsvirlərinin təhqiramiz formada təqdim edənləri dəstəkləməsi (Fransa qanunlarına görə), bunu azad sözün təzahürü sayması da onun başının ağrıyacağına dəlalət edir. Fransa bu gün dini ayrı-seçkilik və ksenofobiya ilə qaynayır.
Katoliklikliyin hökm sürdüyü Beşinci Respublikanın bütün tarixi kilsə və kilsə iyerarxlarının ictimai həyata təsirinin daimi, lakin tədricən azalması diqqət çəkən məqamlar hesab olunur. Baxmayaraq ki, Şarl de Qolldan başlayaraq ölkənin bütün prezidentləri təkcə katolik təhsili almayıblar, həm də özləri dindar idilər. Gəncliyində Makron Lourdesə həcc ziyarətinə getsə də, sonradan hər şey unuduldu. Özündən yaşca iki dəfə böyük olan qadınla evliliyi onun həyatını 180 dərəcədə dəyişdi.
Fransanın bir millət və bir dövlət kimi bütün tarixi boyunca Katolik Kilsəsi əsas strukturlardan biri rolunu oynayıb və həm keşişləri, həm də dindarları ictimai müzakirələrdə aktiv iştirak ediblər, cəmiyyətin əsas parçası olublar. Amma Notr Dam Katedralinin yanğını bütün dünyanın, eyni zamanda dini konfessiyaların diqqətini Fransa cəmiyyətinə yönəltdi. Bu da səbəbsiz deyildi, bu hadisəni adi yanğın hesab etmək olmaz. Bu, qiymətsiz xəzinələrin və məşhur kilsənin palıd ağacından olan örtüyünün yanması ilə yanaşı, inancın, həm millətin, həm də ölkənin əsas simvollarından birinin itirilməsi idi.
Bu abidələr milli abidələrin reyestrinə daxil edildiyindən və bununla bağlı ruhanilər və kilsə xadimləri üçün sığorta ödənişləri astronomik xarakter daşıdığından, qəza və bədbəxt hadisələr zamanı dövlət mümkün təmir və bərpa xərclərini ödəyəcəyini vəd etmişdir. Amma təxmini hesablamaya görə, 1 milyard avroya yaxın məbləğ xəzinədə olmadığından Fransanın əsas simvolunu bərpa etmək üçün dairəyə "papaq qoymaq" lazım gəlirdi.
Həm millətin, həm ölkənin, həm də təbii ki, bütün Fransız Katolik Kilsəsinin bu cür alçaldılması ilə nə müqayisə oluna bilər?
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB