İngilislər ölkəyə gələnlərə məhdudiyyət qoydular

Böyük Britaniya Cənubi Afrika və digər beş Afrika ölkəsi ilə uçuşları ləğv edib

Böyük Britaniya regionda koronavirusunun yeni B.1.1.529 ştamının aşkarlanması fonunda noyabrın 26-dan Cənubi Afrika, Botsvana və digər dörd Afrika ölkəsi ilə uçuşları müvəqqəti olaraq ləğv edir.

SİA Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Birləşmiş Krallığın Səhiyyə naziri Sacid Cavid öz "Twitter" səhifəsində bildirib.

"Böyük Britaniya Sağlamlıq sahəsində Təhlükəsizlik Agentliyi [koronavirusun] yeni variantını araşdırır. Daha çox məlumat toplamaq lazımdır, lakin altı Afrika ölkəsi gecə yarısından etibarən ehtiyat tədbiri olaraq koronavirusun qırmızı siyahısına əlavə olunacaq. Onlarla hava uçuşları ləğv ediləcək və Britaniyalılar həmin ölkələrdən qayıtdıqdan sonra karantində qalmalı olacaqlar".

Qeyd olunub ki, bu siyahıya Botsvana, Zimbabve, Lesoto, Namibiya, Esvatini və Cənubi Afrika daxildir.

Nazir bildirib ki, Böyük Britaniyanın uçuşları dayandıracağı ölkələr siyahısına Cənubi Afrika, Namibiya, Lesoto, Esvatini, Zimbabve və Botsvana daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...