ÜST COVID-in yeni ştamından narahat olmaq üçün hələki heç bir səbəb görmür

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Cənubi Afrikada və bəzi digər ölkələrdə yayılmağa başlayan koronavirusun ştammı haqqında məlumat toplayır.

SİA-nın məlumatına görə, bunu ÜST-nin COVID-19 problemi üzrə texniki direktoru Mariya Van Kerxove deyib

O qeyd edib: "Hazırda həyəcan üçün heç bir səbəbimiz yoxdur, lakin bütün bunların nə demək olduğunu hələ müəyyənləşdirməliyik.".

Onun sözlərinə görə, ştammın hansı təsirə malik ola biləcəyini, həmçinin ona qarşı peyvəndlərin nə dərəcədə effektiv olduğunu müəyyən etmək bir neçə gün çəkəcək:

"Bu ştamma nəzarət etmək lazımdır: bu, narahatlığa olan bir səbəbdir".

Bütün xəbərlər Facebook səhifəmizdə