Türkiyə Rusiyaya başsağlığı verib

Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyanın Kemerovo vilayətində kömür mədənində baş verən qəzada ölən və yaralananlara görə təəssüfləndiyini bildirib.

SİA-nın yerli bürosunun məlumatına görə, Türkiyə XİN-in yaydığı açıqlamada rus xalqının kədərinə şərik olaraq həlak olanların yaxınlarına və Rusiya hökumətinə başsağlığı verilib, yaralılara şəfa arzulanıb.

Qeyd edək ki, Rusiyanın Kemerovo vilayətində kömür şaxtasında kömür tozunun alışması nəticəsində yanğın baş verib. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə hadisə nəticəsində 52 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə