Ermənistan silahlı qüvvələri noyabrın 16-da sərhəddə təxribat törətdikdən sonra bu ölkədə həbslərə başlanılıb.
Bu barədə Ermənistanın baş prokurorunun müşaviri Qor Abramyan feysbuk səhifəsində yazıb. O bildirib ki, 10 döyüş mövqeyinə cavabdeh olan batalyon komandiri G.G. həbs edilib:
“Mayor döyüş tapşırıqlarının yerinə yetirilməsini təmin etmədi, xüsusən də düşmənə müqavimət təşkil etmədi. O, daha 7 hərbçi ilə birlikdə mövqedən qaçıb, nəticədə 11 əsgər əsir düşüb, 2 nəfərin meyiti noyabrın 17 və 19-da Ermənistan tərəfinə verilib, post düşmənin nəzarətinə keçib”. G.G.-yə qarşı Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi (Döyüş vəzifəsini və ya hərbi xidmət keçmə qaydalarını pozma) ilə cinayət işi başlanıb. Bu maddə üzrə daha bir müqaviləli hərbçi saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB