XİN rəhbərləri üçtərəfli əməkdaşlığı müzakirə edəcəklər CÜMƏ GÜNÜ
Cümə günü videokonfrans zamanı Rusiya, Hindistan və Çinin xarici işlər nazirləri üçtərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəklər. SİA xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Xarici işlər nazirlərinin Rusiya, Hindistan və Çin arasında üçtərəfli əməkdaşlığın daha da gücləndirilməsi, o cümlədən müxtəlif mühüm regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsinin aparılması gözlənilir", deyə Hindistan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir.
Bildirilir ki, iclasa Hindistanın xarici işlər naziri Subramanyam Caişankar sədrlik edəcək.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB