Conson və Makron qeyri-qanuni miqrasiyaya qarşı

Böyük Britaniya və Fransa liderləri miqrantların La-Manş boğazını qeyri-qanuni keçməsi probleminin həlli üçün daha fəal işləməyə razılaşıblar.

SİA Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Consonun dəftərxanasının Fransa prezidenti Emmanuel Makronla telefon danışığından sonra yaydığı bəyanatda deyilir.

Telefon danışığı zamanı bu ölümcül keçidlərinin qarşısını almaq üçün birgə səyləri gücləndirməyə ehtiyac olduğu vurğulanıb, insanların həyatını təhlükəyə atmaqda məsul olan dəstələri dayandırmaq üçün lazımi tədbirlərin görülməsi razılaşdırılıb.

Tərəflər, həmçinin insanlar Fransa sahillərinə çatmazdan əvvəl problemi effektiv şəkildə həll etmək məqsədi ilə, qonşu Belçika və Hollandiya ilə, eləcə də qitədəki tərəfdaşlarla sıx işləməyin vacibliyini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə