Kamerunda məktəbə silahlı hücüm...

...şagird və müəllimlər arasında ölənlər var
Kamerunda məktəbə silahlı hücüm...

Naməlum silahlı şəxslər çərşənbə günü Kamerunun Anglofoniya bölgəsində məktəbə hücum edərək üç şagird və bir müəllimi öldürüblər.

SİA xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, naməlum şəxslər Ekondo-Titi bölgəsindəki liseyə tələbələrin dərsdə olduğu zaman basqın edərək, əldəqayırma partlayıcı qurğunu işə salıblar.

Nəticədə üç tələbə və fransız dili müəllimi həlak olub.

Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə