Somali hökuməti təsirini artıran quraqlıq üzündən ölkədə fövqəladə vəziyyət elan edib. SİA bu barədə türk mətbuatına istinad edir.
Somalinin Baş naziri Məhəmməd Hüseyn Roble Nazirlər Kabineti iclasından sonrası verdiyi məlumatda bildirib: “Somali xalqının ehtiyac duyanlarına yardım edilməsi üçün birlik olmağa çağırıram.
Ölkədə çətin vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan etdik. Beynəlxalq ictimaiyyətdən yardım istəyirik”.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2020-ci ilin sonlarından bu yana mövsüm yağışları üçüncü dəfə kifayət qədər yağmayıb. Nəticədə Somalidə milyonlarla adamın təcili köməyə ehtiyac yaranıb.
Qeyd edək ki, Somalidə 1990-cı ildən bəri iqlim dəyişikliyi ilə əlaqədar sel və quraqlıq kimi 30-dan çox fəlakət yaşanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB