Daha 208 koronavirus xəstəsi vəfat edib

Daha 208 koronavirus xəstəsi vəfat edib

Türkiyədə yeni tip korona virusundan (Covid-19) noyabrın 23-də 208 nəfər dünyasını dəyişib. SİA bu barədə türk mətbuatına istinad edir.

Bir gündə 365 min 412 test edilib. Gündəlik yoluxma sayı 28.170-dir.

Son 24 saatda sağalanların sayı 29.353-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi 119 milyon 602 min 103 peyvənd vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə