“Növbədənkənar seçki olmayacaq”

“Növbədənkənar seçki olmayacaq”

Prezident Rəcəb Tayyib Ərdoğan ümumi seçkilərin vaxtında keçiriləcəyini növbədənkənar seçkinin sözmözusu olmadığını bildirib. SİA bu barədə türk mətbuatına istinad edir.

Prezident, Ədalət və İnkişaf Partiyasının sədri Ərdoğan partiyasının vilayət başçılarının əhatələndirilmiş toplantısına qatılıb. Ərdoğan yığıncaqda etdiyi çıxışında erkən seçki debatlarına toxunub: “Müxalifət hər fürsətdə növbədənkənar seçki istəyir, belə bir şey olmayacaq. Seçkilər vaxtında yəni 2023-cü ilin iyun ayında keçiriləcək. Bu tarixdə reallaşdıracağımız seçkilərdə Cümhur Alyansı (Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkat Partiyası) olaraq həm prezidentliyi qazanaraq, həm də TBMM-də çoxluğu əldə edərək rekordu daha da irəli daşıyacayıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə