Maduronun partiyası seçkilərin qalibi oldu

Maduronun partiyası seçkilərin qalibi oldu

Venesuelada 21 noyabrda keçirilən regional və bələdiyyə seçkilərinin qalibi 23 ştatdan 20-də qalib gələn Prezident Nikolas Maduronun partiyası olub. SİA bu barədə türk mətbuatına istinad edir.

Venesuela xalqı 23 vali, 335 bələdiyyə başçısı və 2471 bələdiyyə məclis üzvünü seçmək üçün ciddi təhlükəsizlik şəraitində səs verib.

Milli Seçki Şurasının (CNE) son açıqlamasına görə, səslərin 99,20 faizinin hesablandığı rəsmi olmayan nəticələrə görə, hakim partiya olan Venesuela Birləşmiş Sosialist Partiyası (PSUV) paytaxt Karakas daxil, 23 valilikdən 20-dən qalib çıxıb.

Böyük Vətənpərvər Qütb (Gran Polo Patriotico) ittifaqı olaraq seçkilərə qatılan hakim partiya ayrıca yekunlaşan 335 bələdiyyə sədrindən 205-ni qazanıb.

Müxalifət partiyaları isə 4 illik boykotdan sonra Demokratik Birlik Masası (MUD) olaraq qatıldıqları seçkilərdə əhalisi ən sıx olan əyalətlərdən Zuilada uğurlu olması ilə yanaşı 117 bələdiyyə qazanıb.

CNE 2 əyalət və 13 bələdiyyədə hansı partiyaların qalib gəldiyinin hələ müəyyən edilmədiyini və nəzarətin davam etdiyini bildirib.

Ölkə üzrə qeydiyyatda olan 21 milyon 159 min 846 seçicidən yalnız 8,1 milyonunun səs verdiyi seçkidə iştirak nisbətinin 42,26 faiz olduğu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə