Kremlin mətbuat katibi Dmitri Peskov ölkəsinin Ukraynaya hücum planının olmadığını vurğulayıb. SİA bu barədə rus mətbuatına istinad edir.
Dmitri Peskov Paytaxt Moskvada jurnalistlərə açıqlamasında Rusiyanın Ukraynanı işğala hazırlaşdığına dair iddialara münasibət bildirib. ABŞ və Ukrayna mətbuatında Rusiyanın hücum hazırlıqları apardığına dair iddiaların əks etdiyinə diqqət çəkən Peskov: “Biz deyirik ki, Ukrayna hücuma hazırlaşır. Bu, düzgün başa düşülməli və düzgün şərh edilməlidir. Rusiya heç kimə hücum planı hazırlamır. Bunun əksini iddia etmək və Rusiya ordusunun hərbi təlimlərini hücum hazırlığı kimi dəyərləndirmək xeyli səhvdir. Ukraynanın Donbas ilə əlaqəli atdığı addımlar narahatlıq doğurur. Minsk razılaşmalarının icrasında irəliləyişin olmaması, Avropada gərgin vəziyyətin daha da artmasına səbəb olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB