Baş nazirin doqquz yaşlı oğluna peyvənd vurulub

Baş nazirin doqquz yaşlı oğluna peyvənd vurulub

İsrail 5-11 yaşlı uşaqları koronavirusa qarşı peyvənd etməyə başlayıb. SİA xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, baş nazir Naftali Bennett Davidin doqquz yaşlı oğluna peyvənd vurulub.

"Bu gün biz uşaqları peyvənd etmək, ilk növbədə onları qorumaq üçün kampaniyaya başlayırıq. İndi Davidi peyvənd etmişik. Bu, uşaqlarımızı, valideynlərimizi və bütün İsrail dövlətini qoruyur", deyə Bennetin mətbuat xidmətindən bildirilir.

Baş nazir bütün israilli valideynləri gəlib uşaqlarını peyvənd etdirməyə çağırıb.

Xatırladaq ki, ABŞ-ın tibbi tənzimləyicisi 5-11 yaşlı uşaqlar üçün Pfizer koronavirus peyvəndinin istifadəsini rəsmi olaraq təsdiqləyib. İndi bu yaşda olan uşaqlar üçün peyvəndlərin başlanmasını yaxın günlərdə gözləmək olar. Ötən il dekabrın 20-də İsraildə əhalinin COVID-19-a qarşı kütləvi peyvəndlənməsinə başlanılıb. Ölkə vətəndaşları Pfizer peyvəndi ilə peyvənd olunurlar. Yanvarın 10-da peyvənd olunmuşlar ikinci dozanı almağa başlayıblar. İsraildə 12-15 yaşlı yeniyetmələrin peyvənd edilməsinə iyunun əvvəlində başlanılıb. Bu günə qədər 5,7 milyondan çox insan hər iki dozanı qəbul edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə