Millət vəkili bıçaqlanaraq öldürülüb

Millət vəkili bıçaqlanaraq öldürülüb

İngiltərədə öldürülən mühafizəkarlar partiyasından olan millət vəkili Devid Ames üçün dəfn mərasimi keçirilib. SİA xarici mətbuata istinadən bildirir ki, 1997-ci ildən parlament üzvü olan 69 yaşlı Devid Ames “Essek”dəki görüş zamanı bıçaqlı hücuma məruz qalıb. Amesin parlamentdən götürülən tabutu qara rəngli avtomobildə dini mərasimin keçirildiyi paytaxt Londondakı Vestminster Katedralinə aparılıb. Ölkənin yüksək səviyyəli siyasi xadimləri 69 yaşında vəfat edən Davidin xatirəsini ehtiramla yad etmək üçün toplaşıblar.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə