Honq-Konq məhkəməsi 20 yaşlı tələbə fəal Toni Çunu separatizmə təhrik və çirkli pulların yuyulması ittihamı ilə üç il 7 ay həbs cəzasına məhkum edib və bu, yeni milli təhlükəsizlik qanununu pozduğuna görə həbs cəzası alan ən gənc Honq Konq sakini sayılır. SİA xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.
Bildirilir ki, Toni Çun ötən il iyulun 1-dən oktyabrın 27-dək “Honq-Konqu Çindən ayırmaq və ya şəhərin konstitusiya statusunu qanunsuz olaraq dəyişdirmək” üçün çalışıb. Qeyd olunur ki, 2016-cı ildə Toni Çun Honq-Konqun Çindən ayrılmasını, müstəqilliyini müdafiə edən “Studentlocalism” hərəkatını yaradıb. 30 iyun 2020-ci il tarixində milli təhlükəsizlik qanununun qəbul edildiyi gün hərəkat rəsmən ləğv edilib, lakin prokurorluğa görə, Toni Çun separatçı fəaliyyətlə məşğul olmaqda davam edib.
Bundan əlavə, ittihama görə, həmin tələbə elektron pul kisələri vasitəsilə separatçı fəaliyyəti maliyyələşdirmək üçün qanunsuz vəsait toplamaqla məşğul olub.
Beləliklə, Toni Çun yeni milli təhlükəsizlik qanununu pozduğuna görə həbs cəzasına məhkum edilən üçüncü Honq-Konq sakini olub. Bu ilin iyulunda məhkəmə 24 yaşlı fəalı bir qrup polis əməkdaşının üzərinə motosiklet sürdükdən sonra 9 il müddətinə azadlıqdan məhrum edib. Noyabrın əvvəlində 31 yaşlı fəal separatizmə çağırışa görə 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB