Tanınmış siyasətçinin qızı evində ölü tapılıb

ABŞ-da qaradərililərə qarşı ayrı-seçkilik və irqçiliyə qarşı mübarizənin simvollarından biri olan və 1965-ci ildə qətlə yetirilən siyasətçi Malkolm X-ın qızı Malikah Şabazz evində ölü tapılıb. SİA xarici mətbuata istinadən bildirir ki, Nyu-Yorkdakı evində ölü tapılan 56 yaşlı Şabazzın ölümünün şübhəli olmadığı bildirilib. Malikah Şabazz Malkolm X və Betti Şabazz-ın altı uşağından ən kiçiyi idi.

Qeyd edək ki, amerikalı siyasətçi və hüquq müdafiəçisi Malkolm X 1965-ci il fevralın 21-də Harlemdə çıxış edərkən güllələnib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə