Terrorçular Suriya hökumət qüvvələrinin İdlib, Hələb, Həma əyalətlərindəki mövqelərini snayper və iriçaplı pulemyotdan atəşə tutublar.
SİA xəbər verir ki, bu barədə Suriyada Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini, kontr-admiral Vadim Kulit bildirib.
Onun sözlərinə görə, atəş nəticəsində 4 Suriya hərbçisi həlak olub, biri isə yaralanıb.
Terror qruplaşma Hələb əyalətinin Blinta istiqamətindən hökumət qüvvələrinin Bala bölgəsindəki mövqelərinə isə artilleriya zərbəsi endiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB