"İlk olaraq adaya mayeləşdirilmiş təbii qaz gətiriləcək"

"İlk olaraq adaya mayeləşdirilmiş təbii qaz gətiriləcək"

"Şimali Kıbrıs ( Kipr) Türk Cümhuriyyəti (KKTC) ilə həyata keçiriləcək layihələrlə ilk növbədə adaya mayeləşdirilmiş təbii qaz (LNG) gətiriləcək". SİA bu barədə türk mətbuatına istinad edir.

Bunu Enerji və təbii sərvətlər naziri Fatih Dönmez Antalyada keçirilən 11-ci Türkiyə Enerji Sammitində KKTC-nin iqtisadiyyat və enerji naziri Sunat Atun ilə görüşü zamanı deyib.

Nazir F.Dönmez dövlətlərin ekoloji cəhətdən daha təmiz və daha az qalıq yanacaq istifadə edən enerji sistemlərinə üz tutduğunu söyləyib.

F.Dönmez bu mövzuda KKTC-yə dəstək verəcəklərini bildirib.

"İlk olaraq oradakı mövcud mazut elektrik stansiyalarının təbii qaza çevrilməsini birlikdə müzakirə etdik. Həyata keçiriləcək layihələrdə ilk növbədə adaya LNG gətiriləcək" deyib.

Nazir KKTC-də elektrikli avtomobil layihəsini maraqla izlədiklərini vurğulayaraq deyib:

"Elektrikli maşınların sistemə daxil edilməsi ilə elektrik enerjisinə ehtiyac da artacaq. Dünən olduğu kimi bu gün də inşallah sabah da KKTC-dəki soydaşlarımızın yanında olmağa davam edəcəyik. Adanın enerji təchizatının təhlükəsizliyinə dair ehtiyac duyduğu layihələrə dəstək verməyə davam edəcəyik".

Nazir Sunat Atun da Türkiyənin onları hər sahədə dəstəklədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə