Fuat Oktaydan Yunanıstana reaksiya....

Vitse-prezident Yunanıstana "Egeydə insanlıq bir daha tapdalandı" ifadəsi ilə reaksiya verib
Fuat Oktaydan Yunanıstana reaksiya....

Beləliklə, vitse-prezident Fuat Oktay Yunanıstan sahil mühafizəsinin qanunsuz mühacirləri daşıyan qayığı Türkiyə ərazi sularına itələməsi və mühacirlərə qarşı pis rəftar etməsi ilə bağlı "Egeydə insanlıq bir daha tapdalandı" ifadəsi ilə reaksiya verib. SİA bu barədə türk mətbuatına istinad edir.

F.Oktay sosial media hesabında Yunanıstan sahil mühafizəsi qruplarının qanunsuz mühacirlərin olduğu qayığı Türkiyənin ərazi sularına itələməsi, qayıq ətrafında qarışıqlıq yaratması və atəş açması ilə bağlı video paylaşıb.

Fuat Oktay Avropa Komissiyasının Miqrasiya və Təhlükəsizlik üzrə vitse-prezidenti Marqaritis Şinas ilə şənbə günü (20 noyabr) keçirdiyi görüşdə Yunanıstanın qeyri-insani olaraq qaçqınları geri qovma hadisələrinin qəbuledilməz olduğu və Frontex ilə Yunanıstan səlahiyyətlilərinin öz öhdəliklərini yerinə yetirməsi gözləntilərini çatdırdığını xatırladıb.

F.Oktay "Egeydə bəşəriyyət yenə tapdalandı! Ayıb olsun!" ifadələrdən istifadə etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə