“Dünya bizdən “et-işlət-təhvil ver” modelini götürdü”

Paytaxt Ankarada Nazirlər Kabineti iclasından sonra Ərdoğan şərh paylaşıb
“Dünya bizdən “et-işlət-təhvil ver” modelini götürdü”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni tip koronavirus (Covid-19) epidemiyasına qarşı tədbirli davranmağa davam etmək lazım olduğunu bildirərək "Məktəblərimizdə təlim-təhsil davam edir. İş yerlərimiz çalışır. Sahib olduğumuz bu imkanların istifadəsini davam etdirmək üçün tədbiri əldən buraxmaq olmaz. Peyvənd olmayanların və ya peyvəndi əskik olanların tezliklə səhiyyə qurumlarına müraciət etmələri tövsiyəmizi bir dəfə daha xatırladırıq" dedi. SİA bu barədə türk mətbuatına istinad edir.

Paytaxt Ankarada Nazirlər Kabineti iclasından sonra Ərdoğan şərh paylaşıb: “Türkiyə sağlıq xidmətlərindən peyvəndə qədər hər mövzuda “Covid-19” epidemiyasıyla mübarizədə olduqca yaxşı bir yerdədir.

Salınan yollar, körpülər, hava limanları, dəmir yolları ilə Pekindən Londona qədər uzanan ən güclü loqistik infrastruktur Türkiyəyə məxsusdur.

Dünyanın bizdən nümunə götürdüyü “et-işlət-təhvil ver” modeli sayəsində davam edən böyük layihələrimiz də ictimai maliyyə yükü daşımır.

Müdafiə sənayemiz ölkəmizin ən mühüm gəlir yerlərindən birinə çevrilir.

Türkiyəni inkişaf etdirmək və gücləndirmək üçün gecə-gündüz mübarizəyə davam edirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə