Ruslar 2 mülki vətəndaşın həyatına son qoyub

Ruslar 2 mülki vətəndaşın həyatına son qoyub

Rusiyanın Suriyada “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki Talite kəndinə endirdiyi hava zərbəsi nəticəsində 2 mülki vətəndaş həyatını itirib. SİA bu barədə türk mətbuatına istinad edir.

İdlibə endirilən hava zərbələri ilə bağlı müxalifətə məxsus təyyarə rəsədxanası sosial media hesabından verdiyi açıqlamada Lazkiyədəki Hımeymim bazasından havaya qalxan Rusiya döyüş təyyarələrinin hücumlar təşkil etdiyi barədə məlumat paylaşıb.

Mülki müdafiə mənbələrindən alınan məlumata görə, Talite kəndinə edilən hava hücumlarında 2 mülki vətəndaş həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə