Əbdülhəmid Dibeybe namizədliyini elan edib

Əbdülhəmid Dibeybe namizədliyini elan edib

Liviya Milli Birlik Hökumətinin (UBH) baş naziri Əbdülhəmid Dibeybe ölkədə dekabrın 24-də keçirilməsi planlaşdırılan prezident seçkilərində namizəd olmaq üçün müraciət edib. SİA bu barədə xarici mətbuata istinad edir.

Liviya Seçki Komissiyasına şəxsən gələrək müraciət edən Dibeybe mətbuat açıqlama verib.

Dövlət qulluğuna namizəd olduğunu vurğulayan Dibeybe deyib ki, sizə xidmət etməyə namizəd oldum, başqa bir şey üçün deyil. Doğru yol ortaya çıxdı, sizi ümidinizi itirməməyə və bu yola davam etməyə çağırıram. Allahın izni ilə yolumuza birlikdə davam edəcəyik.

Bundan sonra ölkədə müharibə olmayacağını bildirən Dibeybe Liviyanın birlik və həmrəylik içində suveren bir dövlətə çevriləcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə