Üç terrorçu zərərsizləşdirilib

Üç terrorçu zərərsizləşdirilib

Bitlis şəhərində bölücü terror təşkilatı PKK-ya qarşı bu gün başlayan "Eren Qış-7" əməliyyatları çərçivəsində 3 terrorçu zərərsizləşdirilib. SİA bu barədə türk mətbuatına istinad edir.

Daxili İşlər Nazirliyinin bununla bağlı açıqlamasında Bitlis çölündə 3 PKK terrorçusunun silahları ilə zərərsizləşdirildiyi bildirilib.

Açıqlamada bölgədə əməliyyatların davam etdiyi bildirilib.

Bölücü terror təşkilatı PKK-nın ölkənin gündəmindən çıxarılması və bölgədə olduğu nəzərdə tutulan terrorçuların məhv edilməsi məqsədi ilə bu gün bitlis şəhərində başlayan "Eren Qış-7" əməliyyatında Jandarma Komando, Jandarma Xüsusi Hərəkat (JÖH) və Təhlükəsizlik Mühafizəsi qrupları və 38 əməliyyat qrupundan ibarət 680 personal vəzifə icra edir.

Bütün xəbərlər Facebook səhifəmizdə