Milli müdafiə nazirindən yunan təxribatına reaksiya

Hulusi Akar "Yunanıstan təxribat xarakterli, gərginləşdirici və təcavüzkar ifadələr və hərəkətlər ortaya qoyur" deyib.
Milli müdafiə nazirindən yunan təxribatına reaksiya

"Yunanıstan təxribat xarakterli, gərginləşdirici və təcavüzkar ifadələr və hərəkətlər ortaya qoyur". SİA bu barədə türk mətbuatına istinad edir.

Bunu milli müdafiə naziri Hulusi Akar özünün rəhbərliyi altında keçirilən Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, digər ordu komandanları və nazir müavini Yunus Emre Karaosmanoğlunun iştirakı ilə keçirilən videokonfransda deyib.

Suriya və İraqın şimalında terrorla mübarizənin qətiyyətlə və artan templə davam etdiyini bildirən H.Akar terrorla mübarizənin qonşu ölkələrin hüquqlarına və sərhədlərinə hörmətlə aparıldığını vurğulayıb.

Nazir Akar həmçinin 1 yanvardan bu yana ümumilikdə 2481 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Egey və Şərqi Aralıq dənizində baş verənləri yaxından izlədiklərini bildirən nazir "Biz bu şəkildə davranarkən Yunanıstan təxribat xarakterli, aqressiv ifadələr və hərəkətlərlə məşğul olur. Yunanıstan rəsmiləri sanki Türkiyənin Yunanıstana qarşı bir həmləsi varmış kimi ifadələr işlədərək, "Qurban Yunanıstan, təcavüzkar Türkiyədir" anlayışı yaratmağa çalışırlar. Lakin həqiqətdə təcavüzkarın Yunanıstan olduğunu, tarix də bugünkü hadisələr də açıq şəkildə göstərir” deyib.

Yunanıstan səlahiyyətliləri tərəfindən tarixə, hüquqa və gündəlik həyata zidd ifadələrin irəli sürüldüyünə diqqət çəkən Akar "İnsan haqlarından bəhs edilir, lakin Yunanıstan Sahil Mühafizəsinin dənizin ortasında müdafiəsiz insanların qayıqlarını deşərək atəşə tutması insanlığa qarşı böyük cinayətdir və vicdansızlıqdır. Vəziyyət belə olduqda hadisələri tərsinə çevirmək Türkiyəyə qarşı təhqiramiz diskussaya çevirmək başa düşülən, əxlaqi, hüquqa uyğun və reallist deyildir" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə