Fransa Rusiya və NATO ilə işləmək istəyir SİLAHLARA NƏZARƏT MƏSƏLƏSİNDƏ
Fransa Avropada strateji sabitliyi təmin etmək üçün NATO müttəfiqləri və Rusiya ilə silahlara nəzarət sahəsində ciddi işlərə davam etmək istəyir. SİA xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi brifinqdə söyləyib.
Qeyd edək ki, bir qədər əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, Almaniya nüvə silahlarını yerləşdirməkdən imtina edərsə, onlar digər Avropa ölkələrində, o cümlədən Almaniyanın şərqində qala bilər.
“Biz, xüsusən NATO müttəfiqləri ilə, sonra isə Rusiya ilə silahlara nəzarətin davam edən nəticələrinin öhdəsindən gəlmək və avropalıların təhlükəsizlik maraqlarını qorumaqla Avropada strateji sabitliyi təmin etmək üçün ciddi işi davam etdirmək istəyirik”, deyə XİN sözçüsü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB