“...Deyəsən, Nikol onu gözləyən təhdidlərdən yayınmaq üçün indi də Serjik Sarkisyanı qabağa vermək istəyir? Robert Koçaryana gücü çatmadı deyə, indi də, Serjik Sarkisyana “ilişmək” istəyir? Əslində, Silva Ambarstumyanın özünü mühakimə etmək lazımdır. Sabiq ikinci prezident Robert Koçaryana istəmədiyi halda üç milyon ABŞ dolları təklif etdiyinə görə... Onun özünün bu qədər səlmayəyə hansı yolla nail ola bildiyi araşdırılmalıdır. Şəxsən mən, Eduard Şarmazanov Serjik Sarkisyanla çalışdığım ərəfədə onun heç kimdən rüşvət aldıına şahidlik etməmişəm. Ona görə, mən Serjikin yerinə and içərəm ki, Silva Ambarstumyan gözünün içinə qədər yalan danışır...”
Bəli, özüdür ki var, bu Respublika Partiyasının mətbuat katibi, həmişə Serjikə sadiq olub və bundan sonra da sadiq olacağına söz verən Eduard Şarmazanovun dəsti-xəttidir. Sabiq olsa da, amma yenə də nə vaxtsa hakimiyyətə qayıdacaqlarına ümidini itirməyən Şarmazanova görə, Serjikə qarşı irəli sürülən bu “acınacaqlı ittihamlarla” Nikol Paşinyan hakimiyyəti ictimaiyyətin diqqətini Zəngəzur ətrafında baş verən proseslərdən yayındırmaq istəyir.
Sabiq mətbuat katibinin fikrincə, o gün Nikolun erməni parlamentində “...Azərbaycan qoşunlarının “işğalına” cavab olaraq kimsə atəş açmamaq əmri verirsə, bu, satqındır...” –deyə səsləndirdiyi fikirlər də yalan-palandan başqa bir şey deyil.
Qeyd edim ki, Şarmazanov burada Serjikin həbsdən qorxmadığını xalqının nəzərinə çadırmaqla, ermənilərin üç il əvvəl Sarkisyanı hakimiyyətdən qovub yerinə Paşinyanı gətirməklə hansı yanlışlığa yol verdiklərini bir daha onlara xatırladıb. Deyim ki, bunu bildirərkən hətta bir az kövrəlib də...
Şarmazanov, əgər Serjikin həbs edilməsi, doğrudan da, Zəngəzur və Dağlıq Qarabağın geri qaytarılmasına kömək edəcəksə, bu halda özünün də sabiq rəhbəri Sarkisyanla birgə həbsə getməyə hazır olduğunu bildirib. Təbii ki, bütün bunlar “erməni vətənpərvərliyi”ndən irəli gəlir. Hə, indi nə olsun ki, kimsə, nə vaxtsa ermənilərin bu hisslərdən uzaq olduqllarını deyib...”fakt” göz önündədir.
...Deyir əsil sadiq dost, çətin gündə tanınar. Bu necə ola bilər, Serjiki həbs təhlükəsi gözləyə və onun partiyadaşı olan Armen Aşotyan buna biganə qala...
Təbii ki, Serjikin müdafiəsinə qalxan Aşotyan da Serjiki ermənilərə “qəlbi-könlü tox”, “təmizin biri” kimi təqdim etməyə çalışır. Deyir ki, Nikolun hazırlatdırdığı bu axmaq şou (...ermənidə cəsarətə bir bax ey...) ictimaiyyətin diqqətini daha bir xain sövdələşmədən yayındırmağa hesablanıb. Aşotyana görə, Nikoldan fərqli olraq, Serjik “artsax”ın heç vaxt Azərbaycanın bir hissəsi olduğunu deməyib.
...Və bu gün Ermənistanın cənubunu qara buludlar bürüyəndə biz Zəngəzurun həmişə “erməni torpağı” olaraq qalacağına ümidsiz bir şəkildə ümid edirik...
...Yadımdaykən, yuxarıda Aşotyanın “cəsarətindən” danışarkən onun anasının Bakılı olduğunu deməyi unutmuşdum. İndi gərək ki, Sizə də ermənidə bu “cəsarətin” haradan qaynaqlandığı aydın olmalıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB