Yaponiya kosmosa peyklər buraxa bilər...

... hipersəs döyüş başlıqlarını izləmək üçün
Yaponiya kosmosa peyklər buraxa bilər...

Yaponiya hökuməti hazırki onilliyin ortalarında kosmosa düşmənin hipersəs döyüş başlıqlarını izləyə bilən üç kiçik peyk buraxmağı planlaşdırır.

SİA Trend-ə istinadən xəbər verir ki, kosmik aparatlar, həmçinin mümkün təbii fəlakətləri izləmək üçün istifadə olunacaq.

Peyklər arasında məlumatların ötürülməsi üzrə sınaqların uğurlu olacağı təqdirdə Yaponiyanın bu sahədə müdafiə qabiliyyətini artırmaq üçün gələcəkdə onların sayının artırılması planlaşdırılır. Üç peykin orbitə çıxarılması ölkəyə təxminən 525 milyon dollara başa gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə