İfrat sağçı Xose Antonio Kast və solçu Qabriel Boriç ikinci tura keçməyə nail olublar.
SİA-nın xəbərinə görə, bülletenlərin 66 faizi sayıldıqdan sonra Çilidə prezident seçkilərinin birinci turunda ən çox səs toplamış 2 namizəd bəlli olub.
55 yaşlı vəkil Xose Antonio Kast seçicilərin 28.42 faizinin etimadını toplayaraq liderlik edir. Solçu Qabriel Boriç də 25 faiz səs qazanaraq ikinci tura keçməyə nail olub. Qalan 5 namizədin hər birinin topladığı səs miqdarı 13 faizi keçməyib.
Ölkədə prezident seçkiləri ilə yanaşı parlament və yerli idarəetmə orqanlarına da seçkilər keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB